AZ

Hemilton 104-cü qələbəsini qazandı

“Mersedes”in pilotu Lüis Hemilton Böyük Britaniya mərhələsində hamını qabaqladı.

“Red Bull”dan Maks Ferstappen finişə 2-ci, “Maklaren”dən Lando Norris isə 3-cü çatdı. Hemilton 2021-ci ilin dekabrından bəri ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Həmin vaxt o, Səudiyyə Ərəbistanı mərhələsinin qalibi olmuşdu.

Britaniyalı pilot bir mərhələdə qələbə sayına görə yeni rekord müəyyənləşdirdi. O, Silverstoun trassında 9-cu dəfə qələbə qazandı. Bu həm də Hemiltonun karyerasında 104-cü qələbə idi. Bu göstəricidə 2-ci yerdə Mihael Şumaher (91), 3-cü yerdə isə Maks Ferstappen (61) qərarlaşıb.

Təsnifat mərhələsi
1. Corc Rassell (B.Britaniya) 1.25,819
2. Lüis Hemilton (B.Britaniya) 1.25,990
3. Lando Norris (B.Britaniya) 1.26,030
4. Maks Ferstappen (Niderland) 1.26,203
5. Oskar Piastri (Avstraliya) 1.26,237
6. Niko Hülkenberq (Almaniya) 1.26,338
7. Karlos Sayns (İspaniya) 1.26,509
8. Lens Stroll (Kanada) 1.26,585
9. Aleksandr Albon (Tayland) 1.26,640
10. Fernando Alonso (İspaniya) 1.26,917
11. Şarl Lekler (Monako) 1.27,097
12. Loqan Sarcent (ABŞ) 1.27,175
13. Yuki Sunoda (Yaponiya) 1.27,269
14. Quanyuy Çjou (Çin) 1.27,867
15. Daniel Rikkyardo (Avstraliya) 1.27,949
16. Valtteri Bottas (Finlandiya) 1.32,431
17. Kevin Maqnussen (Danimarka) 1.32,905
18. Esteban Okon (Fransa) 1.34,557
19. Serxio Peres (Meksika) 1.38,348
20. Pyer Qasli (Fransa) 1.39,804

Həlledici mərhələ
306,198 km (5891 metrlik 52 dövrə)
1. Lüis Hemilton Mersedes 1:22.27,059
2. Maks Ferstappen Red Bull + 1,465
3. Lando Norris Maklaren +7,547
4. Oskar Piastri Maklaren +12,429
5. Karlos Sayns Ferrari +47,318
6. Niko Hülkenberq Haas +55,722
7. Lens Stroll Aston Martin +56,569
8. Fernando Alonso Aston Martin +1.03,577
9. Aleksandr Albon Uilyams +1.08,387
10. Yuki Sunoda RB +1.19,303
11. Loqan Sarcent Uilyams +1.28,960
12. Kevin Maqnussen Haas +1.30,153
13. Daniel Rikkyardo RB 1 dövrə
14. Şarl Lekler Ferrari 1 dövrə
15. Valtteri Bottas Zauber 1 dövrə
16. Esteban Okon Alpin 2 dövrə
17. Serxio Peres Red Bull 2 dövrə
18. Quanyuy Çjou Zauber 2 dövrə
Corc Rassell (Mersedes) və Pyer Qasli (Alpin) finişə çatmayıb.

Şəxsi birincilik
1. Maks Ferstappen 255 xal
2. Lando Norris 171
3. Şarl Lekler 150
4. Karlos Sayns 146
5. Serxio Peres 124
6. Oskar Piastri 118
7. Corc Rassell 111
8. Lüis Hemilton 110
9. Fernando Alonso 45
10. Lens Stroll 23
11. Niko Hülkenberq 22
12. Yuki Sunoda 20
13. Daniel Rikkyardo 11
14. Oliver Berman 6
15. Pyer Qasli 6
16. Kevin Maqnussen 5
17. Aleksandr Albon 4
18. Esteban Okon 3

Mühəndislər kuboku
1. Red Bull 373 xal
2. Ferrari 302
3. Maklaren 295
4. Mersedes 221
5. Aston Martin 68
6. RB 31
7. Haas 27
8. Alpin 9
9. Uilyams 4

Seçilən
107
1
football-plus.az

3Mənbələr