AZ

Ferstappen Norrislə toqquşdu, Rassell sevindi

Bu mərhələnin qalibi “Mersedes”in pilotu Corc Rassell oldu.

26 yaşlı britaniyalı karyerasında 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu həm də 2022-ci ildən bəri “Mersedes”in ilk qələbəsidi.
Finişə bir neçə dövrə qalmış liderlik uğrunda “Red Bull”un pilotu Maks Ferstappenlə “Maklaren”dən Lando Norris də mübarizə aparırdı. Ancaq onlar toqquşdu. Nəticədə Ferstappen finişə 5-ci çatdı, Norris isə mübarizədən çəkildi.
2-ci yeri liderdən 1,906 saniyə geri qalan Oskar Piastri, 3-cü yeri isə Karlos Sayns tutdu.

Təsnifat mərhələsi
1. Maks Ferstappen (Niderland) 1.04,314
2. Lando Norris (B.Britaniya) 1.04,718
3. Corc Rassell (B.Britaniya) 1.04,840
4. Karlos Sayns (İspaniya) 1.04,851
5. Lüis Hemilton (B.Britaniya) 1.04,903
6. Şarl Lekler (Monako) 1.05,044
7. Oskar Piastri (Avstraliya) 1.05,048
8. Serxio Peres (Meksika) 1.05,202
9. Niko Hülkenberq (Almaniya) 1.05,385
10. Esteban Okon (Fransa) 1.05,883
11. Daniel Rikkyardo (Avstraliya) 1.05,289
12. Kevin Maqnussen (Danimarka) 1.05,347
13. Pyer Qasli (Fransa) 1.05,359
14. Yuki Sunoda (Yaponiya) 1.05,412
15. Fernando Alonso (İspaniya) 1.05,639
16. Aleksandr Albon (Tayland) 1.05,736
17. Lens Stroll (Kanada) 1.05,819
18. Valtteri Bottas (Finlandiya) 1.05,847
19. Loqan Sarcent (ABŞ) 1.05,856
20. Quanyuy Çjou (Çin) 1.06,601

Həlledici mərhələ
306,452 km (4318 metrlik 71 dövrə)
1. Corc Rassell Mersedes 1:24.22,798
2. Oskar Piastri Maklaren +1,906
3. Karlos Sayns Ferrari +4,533
4. Lüis Hemilton Mersedes +23,142
5. Maks Ferstappen Red Bull +37,253
6. Niko Hülkenberq Haas +54,088
7. Serxio Peres Red Bull +54,672
8. Kevin Maqnussen Haas +1.00,355
9. Daniel Rikkyardo RB +1.01,169
10. Pyer Qasli Alpin +1.01,766
11. Şarl Lekler Ferrari +1.07,056
12. Esteban Okon Alpin +1.08,325
13. Lens Stroll Aston Martin 1 dövrə
14. Yuki Sunoda RB 1 dövrə
15. Aleksandr Albon Uilyams 1 dövrə
16. Valtteri Bottas Zauber 1 dövrə
17. Quanyuy Çjou Zauber 1 dövrə
18. Fernando Alonso Aston Martin 1 dövrə
19. Loqan Sarcent Uilyams 2 dövrə
Lando Norris (Maklaren) finişə çatmayıb.

Şəxsi birincilik
1. Maks Ferstappen 237 xal
2. Lando Norris 156
3. Şarl Lekler 150
4. Karlos Sayns 135
5. Serxio Peres 118
6. Oskar Piastri 112
7. Corc Rassell 111
8. Lüis Hemilton 85
9. Fernando Alonso 41
10. Yuki Sunoda 19
12. Lens Stroll 17
13. Niko Hülkenberq 14
14. Daniel Rikkyardo 11
15. Oliver Berman 6
16. Pyer Qasli 6
17. Kevin Maqnussen 5
18. Esteban Okon 3
19. Aleksandr Albon 2

Mühəndislər kuboku
1. Red Bull 355 xal
2. Ferrari 291
3. Maklaren 268
4. Mersedes 196
5. Aston Martin 58
6. RB 30
7. Haas 19
8. Alpin 9
9. Uilyams 2

Seçilən
141
1
football-plus.az

3Mənbələr