AZ

Futbol"Yuventus" klubunun futbolçusu "Fiorentina"ya keçib

İtaliyanın "Yuventus" klubunun futbolçusu Moyze Kin digər A Seriyası təmsilçisi "Fiorentina"ya keçib.

"Far.Az" xəbər verir ki, bu barədə Florensiya klubunun mətbuat xidməti məlumat yayıb.

Turin təmsilçisi 24 yaşlı futbolçunun satışından 13 milyon avro gəlir əldə edəcək. Daha 5 milyon avro isə kluba bonus şəklində ödəniləcək.

M.Kin ötən mövsüm "Yuventus"un heyətində İtaliya çempionatı və ölkə kubokunda 20 oyun keçirib.

Qeyd edək ki, "Fiorentina" 2023/2024 mövsümündə A Seriyasında 37 matçda 54 xal toplayıb və 8-ci yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
44
far.az

10Mənbələr