AZ

İspaniyalı hücumçu İtaliyaya qayıdır

Alvaro Morata “Atletiko”dan ayrılmağa hazırlaşır.

O, futbolçu karyerasını “Milan”da davam etdirməyə yaxındı.

“Sky Sports Italia”nın yaydığı xəbərə görə, 31 yaşlı hücumçu İtaliya klubu ilə razılığa gəlib. “Milan”ın ispaniyalı üçün 13 milyon avro təzminat ödəməyə hazır olduğu vurğulanıb.
Təcrübəli futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. Alvaro ötən mövsüm “Atletiko”nun heyətində 48 oyunda meydana çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, o, İtaliyada 2014-16-cı və 2020-22-ci illərdə “Yuventus”da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
44
football-plus.az

10Mənbələr