AZ

Azərbaycanın 5 bankının reytinqi müsbət qiymətləndirildi - ADLARI

"Moody's Ratings" bu gün beş Azərbaycan bankının, o cümlədən Azərbaycan Beynəlxalq Bankı (ABB), Kapital Bank, Xalq Bank, Bank Respublika və Bank of Baku-nun reytinqlərini nəzərdən keçirib.

FED.az xəbər verir ki, bu barədə Marja.az Moody's Beynəlxalq Reytinq Agentliyi bildirir.

Qeyd edilib ki, bu addım, 5 iyul 2024-cü il tarixində Azərbaycan Hökumətinin Ba1 uzunmüddətli emitent reytinqi üzrə proqnozun "sabit"dən "müsbə"tə dəyişdirilməsi və ölkənin makro profilinin yüksəldilməsi ilə bağlı olaraq biznes mühitinin gücləndirilməsi ilə əlaqədardır. 

Belə ki, Azərbaycan Beynəlxalq Bankının Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqləri b1-dən ba3-ə, Xalq Bankın və Bank of Baku-nun Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqi b2-dən b1-ə yüksəldilib. Kapital Bankın Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqi ba3 səviyyəsində, Bank Respublikanın Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqi b2 səviyyəsində təsdiq edilib. 

Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi Ba3-dən Ba2-yə, Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqii B1-dən Ba3-ə, Bank Respublika və Bank of Baku-nun yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B2-dən B1-ə yüksəldib, Kapital Bank-ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi Ba2 səviyyəsində təsdiq edilib. (Marja)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
fed.az

10Mənbələr