AZ

277 günün statistikası - 38 min 243 ölü

Qəzzada can itkisi 38 min 243-ə yüksəlib.

Bakupost.az bildirir ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına 277 gündür hücumları ilə bağlı məlumat yayıb.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 50 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 38 min 243-ə, yaralıların sayı isə 88 min 33-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.


Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
5
bakupost.az

10Mənbələr