AZ

İsrailin Qəzzaya intensiv hücumları davam edir

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 39 480 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 300 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 35 fələstinlinin həyatını itirdiyi, 55 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 480, yaralıların sayının isə 91 128 nəfərə yüksəldiyi qeyd edilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri sәbәbindәn tibbi qrupların və mülki müdafiə dәstәlәrinin cəsədlərin olduğu bölgәyә gedә bilmәdiyi qeyd olunub.

İsrailin Qəzzaya hücumları nəticəsində həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu, hücumlar nəticəsində 10 min fələstinlinin itkin düşdüyü vurğulanır.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
6
trt.net.tr

10Mənbələr