AZ

Qəzzada ölənlərin sayı 39 min 480-ə yüksəldi

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 39 min 480-ə çatıb.

Turkustan.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 300 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi bombardman nəticəsində daha 35 fələstinlinin həyatını itirdiyi, 55 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 480-ə, yaralıların sayı isə 91 min 128-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

İsrailin Qəzzaya hücumlarında həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilərkən, hücumlar nəticəsində 10 min fələstinlinin itkin düşdüyü bildirilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
5
turkustan.az

10Mənbələr