AZ

Qəzzada ölənlərin sayı 38 mini keçib



İsrailin 277 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 38 min 243-ə yüksəlib.
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 50 nəfər artaraq 38 min 243 nəfərə çatıb.
İsrailin 277 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 38 min 243-ə yüksəlib.
Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 277 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 50 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 38 min 243-ə, yaralıların sayı isə 88 min 33-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
5
newscenter.az

10Mənbələr