AZ

Türk düyasının birliyini gücləndirən Şuşa Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi ŞƏRH

Qədim və dərin köklərə malik, zəngin mədəniyyətə sahib olan türk ölkələri… Əsrlər boyu bir-birindən uzaq düşən kökü bir, tarixi bir qardaş ölkələr bu gün heç zaman olmadığı kimi böyük birlik nümayiş etdirirlər. Bəli, bu günlərdə hamımız Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Bu gün bütün türkdilli və türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə nümayiş etdirirlər. Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında olduqca önəmli fikirlər səsləndirib. Dövlətimizin başçısı bildirib ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi bu fikirlər bir daha ölkəmizin böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına malik Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və inkişafına ölkəmizin verdiyi önəmi nümayiş etdiri: «Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir». Elə iyulun 6-da Türk dünyasının mədəniyyət paytaxtımız, Qarabağımızın incisi olan Şuşa daha bir mötəbər - Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməsi tarixi hadisə idi. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər. Zirvə görüşü Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinin əyani göstəricisi idi və bu birliyi ərsəyə gətirən isə məhz Azərbaycan Prezidenti İlham Əliyev cənablarıdır.

Nəzərə alaq ki, bu qurum 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda təsis olunub. Hazırda təşkilatın 5 daimi, 3 müşahidəçi üzvü var. Ötən illər ərzində bu təşkilat beynəlxalq aləmdə və ölkələrin üzləşdiyi problemlərin həllində çox böyük uğurlara imza atıb. Məhz buna görə də hər bir Türk dövləti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Təsadüfi deyil ki, bu məqam Şuşada imzalanan Qarabağ Bəyannaəməsində ayrıca bənd kimi qeyd edilib: “TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkürünü bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər”. Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda Şuşadan bütün dünyaya bir daha bəyan etdi ki, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malikliyi ölkələrimizi sıx birləşdirir: “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Göründüyü kimi, Azərbaycan liderinin bu qürurverici bəyanatının çox güclü siyasi-iqtisadi əsasları var. Ən mühümü isə dünyanın bütün türk liderləri işğaldan azad olunmuş türk torpağında ilk dəfə bir araya gəlmələri, qardaşlıq, həmrəylik nümayiş etdirmələri rəmzilikdən də başqa belə bir görüş mühüm praktik əhəmiyyət daşıyır. Hazırda türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Bildirdi ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur: “Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur. Azərbaycan Prezident ionu da vurğuladı ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur: “Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. İndi təkcə Şuşa deyil, bütün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Burada “Böyük Qayıdış” proqramı icra olunur. Erməni vandallarının məhv etdiyi ərazilərəmizə Günəş doğur. Biz qayıtmışıq və bunun faydasını bütün region bilir, yaxşı anlayır. «Cari ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq,-deyən dövlətimizin başçısı bildirdi ki, “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb.Zirvə görüşünü əlamətdar edən daha bir hadisə isə təbii ki, sonda qəbul edilən Qarabağ Bəyannaməsidir. Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Bəyannamənin bu cür adlandırılması və ona 7 ölkə liderinin imza atması ABŞ-dəki, Fransadakı və digər ölkələrdəki pozucu qüvvələrə xəbərdarlıq idi. Bununla da Türk dövlətləri bir daha bəyan etdilər ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır və ona uzadılan xain dillər anındaca kəsiləcək. Prezident İlham Əliyev çıxışının sonunda bu il Azərbaycanda keçiriləcək COP29-dan söz açaraq bu tədbirin Bakıda keçirilməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsi kimi dəyərləndirdi: “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”. Beləliklə, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü tarixi hadisə olmaqla yanaşı, imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlaş Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
sesqazeti.az

3Mənbələr