AZ

Qəzzada can itkisi 38 min 193-ə yüksəldi

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 276 gündür hücumları ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, ölənlərin sayı 38 min 193-ə, yaralıların sayı isə 87 min 903-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
5
news24.az

10Mənbələr