AZ

Kimlər deputat olmaq istəyir? - SORĞU

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam verib. Xatırladaq ki, Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub. 

Bəs builki parlament seçkilərində kimlər namizəd olacaq?

Redaktor.az bu barədə sorğu keçirib.

Milli Məclisin VI çağırış deputatı Razi Nurullayev bildirdi ki, sədri Milli Cəbhə Partiyası seçkilərdə öz namizədləri ilə iştirak edir. R.Nurullayev özü isə, hazırda deputatı olduğu İmişli rayonundan öz namizədliyini irəli sürdüyünü qeyd etdi.

Millət Vəkili Vahid Əhmədov 59 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürüb. O, namizədliyinin qeydə alınması üçün  tələb olunan sənədləri artıq DSK-ya təqdim edib. 

Azərbaycan Bəstəlarlar İttiqafının sədri Firəngiz Əlizadə isə parlament seçkilərində öz namizədliyini irəli sürməyəcəyini deyib. O, yalnız səsvermədə iştirak edəcək. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qeyd etdi ki, partiyadan 40-a yaxın şəxs namizəd kimi iştirak edəcək.

Partiyanın sədr müavini Fəzail İbrahimli isə dedi ki, iştirakla bağlı qərar qəbul edilsə də, namizədlərin adları hələ  açıqlanmayıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa növbəti müddətə deputat seçilmək üçün builki parlament seçkilərində iştirak edəcək.

"Partiya tərəfindən 26 saylı seçki dairəsindən namizədliyim irəli sürülüb. Artıq neçə ildir ki, parlamentdə mən dairəni təmsil edirəm, bu il də eyni qaydada olacaq",- deyə o, əlavə etdi.

Millət vəkili Ceyhun Məmmədov isə bildirdi ki, parlament seçkilərində iştirakı üzvü olduğu Yeni Azərbaycan Partiyasının qərarından asılıdər. Onun sözlərinə görə, namizədlərin adları yaxın zamanda açıqlanacaq.

Deputat Elman Nəsirov da sualmızı cavablandırarkən bildirdi ki, üzvü olduğu Yeni Azərbaycan Partiyası deputatlığa namizəd üzvlərin siyahısını açıqlamadığı üçün bu barədə konkret söz deyə bilməyəcək.

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
redaktor.az

10Mənbələr