AZ

“İlin gənc müəllimi”: Vacib olan deputat olmaq deyil, əsl vətəndaş olmaqdır

Son zamanlar deputat seçkiləri aktual məsələdir. Seçkilərdə iştirak etmək üçün yaş həddinin 18 olması gənc kadrların Milli Məclisdə təmsil olunmasına şərait yaradır.

 

Bəs, görəsən, “İlin gənc müəllimləri” Milli Məclisdə təmsil olunmaq istəyirlərmi?

 

“Deputat olmaq əsas deyil.  Əsas məsələ əsl vətəndaş ola bilməkdir”.

 

Bu sözləri “İlin gənc müəllimi” Rəşad Hümbətov AzEdu.az-a açıqlamasında bildirib.

 

“Dövlətdə müəyyən vəzifələr tutmaq hər bir vətəndaşın borcudur. Müəllim olaraq istəyərdim ki, Milli Məclisdə hər sahədən mütəxəssisləri görək. Bura təhsil, hüquq, iqtisadiyyat, səhiyyə və digər sahələr aiddir. Bu ölkəmiz üçün faydalı addım olar, çünki insan çox hallarda yalnız bir sahəyə tam hakim ola bilir. Təhsilin problemlərinə bələd olanın, iqtisadiyyatdan o qədər də xəbəri olmaya bilər.

 

Hər bir şəxs çalışmalıdır ki, əsl vətəndaş olsun. Deputat olmaq bəzilər üçün asan, bəziləri çətin ola bilər. Amma hansı sahə olursa, olsun insan vicdanla iş görməlidir. Fəhlə də, müəllim də, deputat da vicdanla işləməlidir. Mənim gələcək məqsədlərim arasında deputat olmaq hədəfi yer almır. Mövcud şəraitlə bağlı hazırda deputatlığa namizəd olmağımın  mənası yoxdur. Uğur qazanmayacağım  yerə girməyi artıq hesab edirəm.

 

Heç vaxt ağlıma gəlməyib ki, nə vaxtsa deputat seçilərəm. Tamamilə öz sahəmə- elm və təhsilə köklənmişəm. Təhsildə müəyyən uğurlar əldə edərək, vəzifəyə getməyi düşünürəm”.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
azedu.az

10Mənbələr