AZ

Azərbaycan-ŞƏT münasibətləri ən yüksək səviyyədə qurulub



Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Cari ilin iyul ayının 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Təşkilata üzv ölkələrin Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri dinamik şəkildə inkişaf etdirir. Həmçinin ölkəmiz bu təşkilata üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də digər müxtəlif beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astanada keçirdiyi görüşlər də dünyanın bir çox nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab Prezident İlham Əliyevin böyük şəxsi nüfuzunun daha bir göstəricisidir.

Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Dövlətimizin başçısı ilk dəfə 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Həmçinin dövlətimizin başçısı Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Orta Dəhlizin rəqəmsallaşması üzərində çalışmalar aparılır. Aydındır ki, ŞƏT-ə üzv ölkələrin əksəriyyəti ilə Azərbaycanın nəqliyyat əlaqələri məhz Xəzər dənizi üzərindən keçir. Məhz buna görə də Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rolunu qeyd edərək bildirdi ki, bu layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir.

Öz çıxışında dövlətimizin başçısı bu il Azərbaycanın COP29-a təxminən 200 ölkənin yekdil dəstəyi ilə ev sahibliyi edəcəyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki,Azərbaycan COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Eyni zamanda da ölkəmizin prioritetləri sırasında iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Belə ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bütün bunlar dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq işlərinin ən yüksək səviyyədə davam etdirildiyini deməyə əsas verir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
7
aia.az

10Mənbələr