AZ

Fransada 1986-cı ildən sonra bir ilk- müstəqillik tərəfdarı kaledoniyalı lider millət vəkili seçildi

Image

Fransa Milli Assambleyasına seçkilərin ikinci turunda bu ölkənin dənizaşırı ərazilərini təmsil edən iki namizəd parlamentə seçilib.

“Franceinfo” ictimai yayım şirkətinin məlumatına görə, təxminən 40 ildə ilk dəfə olaraq Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan lider Fransa Milli Assambleyasında mandat qazanıb.

Beləliklə, Yeni Kaledoniya Fransa parlamentinin 577 yerlik aşağı palatasında iki yerə malikdir. Burada 222 mindən çox seçici qeydə alınıb və Sakit okean arxipelaqında seçici fəallığı birinci turda 60,02 faizlə müqayisədə 71,2 faiz təşkil edib.

İlkin nəticələrə görə, müstəqillik tərəfdarı namizəd Emmanuel Tjibaou Parisə loyal olan deputat Alside Ponqa ilə mübarizədə daha çox - səslərin 57,33 faizini toplayıb.

Beləliklə, 1989-cu ildə öldürülən Kanak lideri Jan-Mari Tjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri Milli Assambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub.

Digər seçki dairəsində Parisə loyal olan namizəd Nikolas Metzdorf 52,41 faiz, onun rəqibi - müstəqillik tərəfdarı siyasətçi Omayra Naisseline isə 47,59 faiz səs toplayıb.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
baki-xeber.com

5Mənbələr