AZ

Yeni Kaledoniyanın müstəqillik tərəfdarı ilk dəfə Fransa parlamentinə seçilib

Bakı. Trend:

Fransa Milli Assambleyasına seçkilərin ikinci turunda bu ölkənindənizaşırı ərazilərini təmsil edən iki namizəd parlamentəseçilib.

Trend xəbər verir ki, “Franceinfo” ictimai yayım şirkətininməlumatına görə, təxminən 40 ildə ilk dəfə olaraq Yeni Kaledoniyadamüstəqillik tərəfdarı olan lider Fransa Milli Assambleyasındamandat qazanıb.

Beləliklə, Yeni Kaledoniya Fransa parlamentinin 577 yerlik aşağıpalatasında iki yerə malikdir. Burada 222 mindən çox seçici qeydəalınıb və Sakit okean arxipelaqında seçici fəallığı birinci turda60,02 faizlə müqayisədə 71,2 faiz təşkil edib.

İlkin nəticələrə görə, müstəqillik tərəfdarı namizəd EmmanuelTjibaou Parisə loyal olan deputat Alside Ponqa ilə mübarizədə dahaçox - səslərin 57,33 faizini toplayıb.

Beləliklə, 1989-cu ildə öldürülən Kanak lideri Jan-MariTjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri MilliAssambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub.

Digər seçki dairəsində Parisə loyal olan namizəd NikolasMetzdorf 52,41 faiz, onun rəqibi - müstəqillik tərəfdarı siyasətçiOmayra Naisseline isə 47,59 faiz səs toplayıb.

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdəuğursuzluqla qarşılaşan Prezident Makron parlamenti buraxıb vənövbədənkənar seçkilər elan edib. O, həmçinin iyunun 12-də YeniKaledoniyada çox mübahisəli seçki islahatları planınındayandırıldığını elan edib. Həmin plan may ayında arxipelaqdahəftələrlə davam edən iğtişaşlara səbəb olmuşdu. Zorakılıqnəticəsində azı 7 nəfər ölüb, 370-dən çox insan yaralanıb.

Seçki qaydalarına dəyişikliklər qəbul edilsəydi, ən azı 10 ilada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə səsverə bilərdi. Arxipelaqın sakinləri bu dəyişikliklərin yerli Kanakəhalisinin səsini azaldacağından narahat idilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
az.trend.az

5Mənbələr