AZ

Ermənistanda zəlzələ oldu

Ermənistanda

Ermənistanın Şirak vilayətində 3,6 maqnitudalı (Ml) zəlzələ olub.Ulusum.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.Qeyd olunub ki, zəlzələnin episentri Ermənistanın Türkiyə ilə həmsərhəd bölgəsində olub. Yeraltı təkanların ocağı 25,84 km dərinlikdə yerləşib.Ermənistanın Daxili İşlər Nazirliyi isə təbiət hadisəsinin yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə eynidir) qeydə alındığını və vilayətin Bavra kəndindən 17 km şimal-şərqdə yerləşdiyini açıqlayıb. DİN yeraltı təkanların 3-4 maqnituda aralığında baş verdiyini vurğulayıb:“Şirak vilayətinin Sarağyuğ, Bavra, Tavşut, Qazançı və Aşotsk kəndlərində, Lori vilayətinin Sarçapet və Paxxbyur kəndlərində də hiss olunub”.

Diqqət Çəkənlər

Azərbaycanda qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Bakıda polisə bıçaqla müqavimət göstərməkdə şübhəli bilinən şəxs tutuldu

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirildi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
25
ulusum.az

10Mənbələr