AZ

Ermənistanda zəlzələ olub

Ermənistanın Şirak vilayətində 3,6 maqnitudalı (Ml) zəlzələ olub.

Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qeyd olunub ki, zəlzələnin episentri Ermənistanın Türkiyə ilə həmsərhəd bölgəsində olub. Yeraltı təkanların ocağı 25,84 km dərinlikdə yerləşib.

Ermənistanın Daxili İşlər Nazirliyi isə təbiət hadisəsinin yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə eynidir) vilayətin Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib. DİN yeraltı təkanların 3-4 maqnituda aralığında baş verdiyini vurğulayıb:

“Şirak vilayətinin Sarağyuğ, Bavra, Tavşut, Qazançı və Aşotsk kəndlərində, Lori vilayətinin Sarçapet və Paxxbyur kəndlərində də hiss olunub”.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
25
cebheinfo.az

10Mənbələr