AZ

Aralıq dənizində zəlzələ olub

Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.

Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Seçilən
145
31
operativmm.az

10Mənbələr