AZ

Aralıq dənizində zəlzələ oldu

Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.

Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Milli.Az

Seçilən
170
31
milli.az

10Mənbələr