AZ

"Qarabağ"dan 14 pillə yüksəliş

Bakı. Trend:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)dünya klublarının yeni reytinqini dərc edib.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, IFFHS-nin tərtib etdiyi siyahıda Azərbaycanın 4təmsilçisi yer alıb.

Azərbaycan çempionu “Qarabağ” ötən aya nisbətən 14 pilləirəliləyib. Hesabında 191,25 xal olan Ağdam klubu 39-cu yerdəqərarlaşıb.

"Zirə" (62,25 xal) 361-ci, "Sabah" (60,75 xal) 377-ci, "Neftçi"(59,25 xal) isə 397-ci pillədə yer alıb.

Qeyd edək ki, reytinqə UEFA Çempionlar Liqasının son qalibi“Real” (371xal) başçılıq edir. “Mançester Siti” (369 xal) ikinci,“Bayer” (355 xal) üçüncü pilləni tutur.

Seçilən
18
3
az.trend.az

4Mənbələr