AZ

"Qarabağ"dan 14 pillə yüksəliş

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, IFFHS-nin tərtib etdiyi siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.

Azərbaycan çempionu “Qarabağ” ötən aya nisbətən 14 pillə irəliləyib. Hesabında 191,25 xal olan Ağdam klubu 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xal) 361-ci, "Sabah" (60,75 xal) 377-ci, "Neftçi" (59,25 xal) isə 397-ci pillədə yer alıb.

Qeyd edək ki, reytinqə UEFA Çempionlar Liqasının son qalibi “Real” (371xal) başçılıq edir. “Mançester Siti” (369 xal) ikinci, “Bayer” (355 xal) üçüncü pilləni tutur.

İdman.biz

Seçilən
38
3
idman.biz

4Mənbələr