AZ

AVRO-2024: Türkiyə 1/4 Niderlanda uduzub

Bakı. TurkicWorld:

AVRO-2024-ün 1/4 final mərhələsinə bu gün yekun vurulub.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olub.

Qardaş Türkiyə yığması Niderlandla görüşüb. “Ay-ulduzlular” Sametin qolu ilə fasiləyə üstün yollansalar da, ikinci hissədə "narıncılar" oyunun axarını öz xeyirlərinə dəyişə biliblər. 6 dəqiqəyə 1 qol vuran Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 9-10-da keçiriləcək.

AVRO-2024
1/4 final
6 iyun
23:00. Niderland – Türkiyə - 2:1
Qollar:
Stefan De Vrey, 70. Kodi Qapko, 76 - Samet Akaydın, 35
Baş hakim: Klemen Turpin (Fransa)
Berlin Olimpiya Stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
4
turkic.world

4Mənbələr