AZ

AÇ-2024: Türkiyə millisi Niderlandla bacarmadı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sobnuncu oyunu Niderland və Türkiyə yığmaları arasında baş tutub.

Berlin şəhərində keçirilən bu görüşə Bakı vaxtı ilə saat 23:00-da start verilib. Qardaş ölkə Türkiyənin milli komandası bu oyunda növbəti zəfərinə imza atmaq arzusundaydı. Qarşılaşmada hesabı da bu komanda açıb. Amma qalan dəqiqələrdə iki qol vuran hollandlar əzmkar qələbə ilə yarımfinala yüksəliblər. Türkiyə millisi üçün isə bu Avropa çempionatı başa çatıb.

Xatırladaq ki, daha öncə İspaniya, Fransa və İngiltərə yığmaları da yarımfinala vəsiqəni təmin etmişdilər. Yarımfinalda İspaniya Fransa ilə, İngiltərə isə Niderlandla üz-üzə gələcək.

AÇ-2024
1/4 final
6 iyul

Niderland – Türkiyə 2:1
Qollar: Stefan de Vrey, 70. Kodi Qakpo, 76 – Samet Akaydın, 35.
Baş hakim: Kleman Türpen (Fransa).
Berlin. “Olimpiastadion”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
4
arena.az

4Mənbələr