AZ

Orban Rusiyaya kimin istəyi ilə gedib? - Peskov AÇIQLADI

Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfərinin təşəbbüskarı Budapeşt olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Bu, Macarıstan tərəfinin təşəbbüsü idi. Dünən sözün həqiqi mənasında belə bir səfərin həyata keçirilməsi təklifi alınıb", - diplomat əlavə edib.

Rusiya prezidenti Vladimir Putin və Orban arasında danışıqlar bağlı qapılar arxasında davam edir. 

NATO Vaşinqtonda keçiriləcək sammitdə Orbanın Moskva səfərinin nəticələrini müzakirə edəcək. Həmçinin bir neçə Qərb lideri onun Moskva səfərini birmənalı qarşılamayıb. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
12
unikal.az

10Mənbələr