AZ

"Bayden prezident yarışını tərk edəcək" - Tramp

"ABŞ-nin hazırkı prezidenti Co Bayden fəlakətli debatdan sonra seçki yarışını tərk edəcək".

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Washington Post" qəzetinə müsahibəsində deyib. 

"O (Co Bayden - red.) seçki yarışını tərk edir... Mən onu oradan çıxartdım. Bu da o deməkdir ki, bizdə Kamala Harris var. Düşünürəm ki, o, daha yaxşı olacaq", - Bayde ifadə edib. 

Sorğuya görə, amerikalıların 80%-i ABŞ prezidenti Co Baydeni vəzifədə işləmək üçün çox yaşlı hesab edir. Respondentlərin 56%-i Trampla bağlı eyni fikirdədir.

Eyni zamanda Bayden özü də prezidentlik yarışında qalacağına söz verib.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
38
unikal.az

10Mənbələr