AZ

Paris-2024-ün triatlon yarışlarının formatı dəyişdiriləcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris-2024-ün triatlon yarışlarının formatı dəyişdirilə bilər.
Məlumata görə, buna səbəb Sena çayının çirklənməsidir.
Yarışın üzgüçülük mərhələsi çayda baş tutmalıdır. Amma Senadakı vəziyyət belə formatı təhlükə altına salıb. Eyni səbəbdən ötən il açıq suda Dünya Kuboku ləğv edilmişdi.
Mütəxəssislər çayda suyun keyfiyyətinin aşağı olmasını, bakteriyaların normadan çoxluğunu, yağış yağdıqda isə vəziyyətin daha da pisləşdiyini qeyd edirlər. Ona görə də təşkilatçılar son anda yarışı duatlona (qaçış və veloyürüş) çevirə bilərlər.
Qeyd edək ki, Azərbaycanı triatlonda Rostislav Pevtsov təmsil edəcək. O, karyerasında üçüncü Yay Oyunlarına qatılacaq.
Mənbə: Championat.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
oxu.az

10Mənbələr