AZ

İspaniya - Almaniya oyununun yenidən keçirilməsi üçün 300 min imza toplandı

style='margin-bottom:10px;'>

300 mindən çox alman azarkeş Almaniya millisinin İspaniyaya 1:2 hesabı ilə uduzduğu Avro-2024-ü 1/4 final matçının yenidən keçirilməsi üçün onlayn petisiya imzalayıb. 

QOL.az xəbər verir ki, bu barədə «Sky Sport Germany” məlumat yayıb.

Bildirilir ki, petisiyanın təşəbbüskarı görüşün baş hakimi Entoni Teylorun (İngiltərə) çoxsaylı səhv qərarlar verdiyini düsünür. Məsələn, onlarəşın fikrincə, 106-cı dəqiqədə Bundestimin futbolçusu Camal Musialanın zərbəsindən sonra top rəqib müdafiəçi Mark Kukurelyanın əlinə dəysə də, Teylorun penalti təyin etməyib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının yarımfinalında İspaniya millisi Fransa millisi ilə qarşılaşacaq. Digər yarımfinalda İngiltərə Hollandiya ilə görüşəcək.

Seçilən
173
50
teleqraf.com

10Mənbələr