AZ

Unikal Klinika gömrük qaydalarını pozmaqda ittiham edilir

Unikal Klinika barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
 
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
valyuta.az

10Mənbələr