AZ

"Vitam" şirkətinə qarşı ittiham - Hansı qaydanı pozub?

Dövlət Gömrük Komitəsi (DGK) "Vitam" şirkəti barəsində inzibati iş başlayıb. 

Valyuat.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Aygün Qurbanova iş üzrə hakim təyin edilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
valyuta.az

10Mənbələr