AZ

İzdihama görə "Qarabağ"ın tədbiri yarımçıq qaldı - Şəkillər

style='margin-bottom:10px;'>

"Qarabağ”ın Park Bulvar AVM-də yerləşən fan-şopunda futbolçularla birlikdə keçirilən imza mərasimi yarımçıq dayandırılıb. 

QOL.az xəbər verir ki, tədbirdə Ağdam klubunun futbolçularından Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib.

Futbolçularla görüşə gözləniləndən daha çox azarkeş toplaşıb. Bu səbəbdən də tədbir tam baş tutmayıb. 2 dəfə fasilələrlə futbolçular forma imzalasalar da, izdihamın qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən də tədbir yarımçıq dayandırılıb.
















SəhifəninYuxarı

Seçilən
85
4
teleqraf.com

6Mənbələr