AZ

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsrolunmuş beynəlxalq tədbir başa çatıb

Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın müzakirəsi və dabaq xəstəliyi(FMD) üzrə yol xəritəsi ilə bağlı keçirilən üçgünlükbeynəlxalq tədbir yekunlaşıb. 

Tədbirin sonuncu günü Azərbaycanın sədrliyi ilə PPR vəFMD üzrə Regional Məsləhət Qrupunun (RMQ) fəaliyyəti, həmçinin FMD ilə bağlı regional vəziyyət, peyvəndlərinuyğunlaşdırılması, seçilməsi və digər məsələlər müzakirəedilib. Həmçinin mövzu ilə bağlı çıxış və təqdimatlar olub, Yol xəritəsinə uyğun olaraq müvafiq tədbirlər planımüəyyənləşdirilib. İyulun 2-də isə tədbir çərçivəsindəBakıda RMQ-nin iclası olub. İclasda RMQ-nin fəaliyyəti iləbağlı görülən və həyata keçirilməsi nəzərdə tutulan işlərnəzərdən keçirilib, müvafiq tədbirlər müəyyənləşdirilib. Həmçinin iyulun 3-də beynəlxalq mütəxəssislərin iştirakıilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ-simulyasiya təlimləri təşkil edilib. 

Sözügedən beynəlxalq tədbirin məqsədi ÜmumdünyaHeyvan Sağlamlığı Təşkilatı (ÜHST) və Birləşmiş MillətlərTəşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə tərtib etdiyi strategiya əsasında RMQ-nin texnikitapşırığına uyğun olaraq üzv ölkələrdə PPR və FMD iləbağlı epizootik statusun stabilləşməsi üçün mərhələlitədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, stratejiplanların hazırlanması, ölkələrin hazırlıq səviyyəsininyüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərinmüzakirəsindən ibarətdir.

Qeyd edək ki, 2023-cü il 25-27 aprel tarixlərində AQTA, ÜHST, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi ilə Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının(EuFMD) birgə təşkilatçılığı ilə Bakı şəhərində “İqtisadiƏməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçünxırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dairplanın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yolxəritəsi” mövzusunda regional görüş keçirilib. Həmintədbirdə ölkəmiz 3 il müddətinə 14 ölkənin əhatə olunduğuMərkəzi Asiya regionu üzrə dabaq xəstəliyinə dairməsləhət qrupunun sədri seçilib. 

Xatırladaq ki, Azərbaycanın xırdabuynuzlu heyvanlarıntaun xəstəliyindən azad olma statusu ÜHST tərəfindəntəsdiqlənib və cari ilin 30 may tarixində təşkilatın müvafiqsertifikatı təqdim olunub. Qeyd olunan xəstəlik üzrəMərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusuqazanmış ilk ölkə olmaqla respublikada aparılan işlərrəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.

Seçilən
53
6
operativmedia.az

10Mənbələr