AZ

Tanınmış jurnalist vəzifəyətəyin olundu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə yeni mətbuat xidmətinin rəhbəri təyin olunub.

Valyuta.az xəbər verir ki, Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) təyinat alıb.

Müvafiq əmr bu gün imzalanıb.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir.

© Medianews

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
4
valyuta.az

10Mənbələr