AZ

Tanınmış jurnalistə vəzifə verildi 

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə (keçmiş "Azərsu" ASC) mətbuat xidmətinin rəhbəri təyin olunub. 

Hafta.az xəbər verir ki, tanınmış jurnalist Ceyhun Musaoğlu İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışacaq.

Ceyhun Musaoğlu saytımıza məlumatı təsdiqləyib. O, təyinatla bağlı hələ ki əlavə fikir bildirmək istəməyib. 

Qeyd edək ki, daha öncə bu vəzifəni Anar Cəbrayıllı icra edirdi. A.Cəbrayıllı bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan digər publik hüquqi şəxsin mətbuat xidmətinə rəhbərlik edəcək.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
4
hafta.az

10Mənbələr