AZ

Xamnəinin mesajı Putinə çatdırıldı

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə İran prezidenti vəzifəsini icra edən Məhəmməd Müxbir arasında danışıqlar keçirilib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, görüşün əvvəlində Putin Moskva ilə Tehran arasında münasibətlərin dostluq və konstruktiv xarakterini qeyd edib, həmçinin onların gələcəkdə möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Müxbir Putini əmin edib ki, ölkədə keçiriləcək prezident seçkilərindən sonra Rusiya ilə İran arasında əlaqələr zəifləməyəcək və dəyişməyəcək.

O, İranın Ali dini lideri Əli Xamnəinin Rusiya prezidentinə iki ölkə arasında gələcəkdə qarşılıqlı fəaliyyətlə bağlı mesajını da çatdırıb. 


Telegram kanalımız
Seçilən
137
4
yenisabah.az

10Mənbələr