AZ

Xamenei Putinə mesaj göndərdi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber arasında danışıqlar başlayıb.

Olaylar xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Görüşün əvvəlində Putin Moskva ilə Tehran arasında münasibətlərin dostluq və konstruktiv xarakterini qeyd edib, həmçinin onların gələcəkdə möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Moxber öz növbəsində, Putini əmin edib ki, ölkədə keçiriləcək prezident seçkilərindən sonra Rusiya ilə İran arasında əlaqələr zəifləməyəcək və dəyişməyəcək.

O, İranın ali dini lideri Əli Xameneinin Rusiya prezidentinə iki ölkə arasında gələcəkdə qarşılıqlı fəaliyyətlə bağlı mesajını da çatdırıb. Deyib ki, Rusiya və İran arasında mövcud olan dərin ikitərəfli münasibtlər prezident seçkilərindən sonra da davam edəcək. (publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
131
4
olaylar.az

10Mənbələr