AZ

13,7% respondent Ermənistanla sülh bağlanmasını istəmir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusuna görə respondetlərin 83,8%-i Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyib. Bu barədə qurumun yaydığı son sorğuda qeyd olunub. 
 
Respondetlərin 13,5% sülhü dəstəkləmədiyini, 2,7% şəxs isə suala cavab verməkdən imtina edib. 
 
Sorğu ümumilikdə 12 iqtisadi rayonu əhatə etməklə 1152 nəfər arasında keçirib.  
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti  Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilər.

İyunun 27-də xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb ki,  Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı son layihəni Ermənistana təqdim edib. 
 
İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 


Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki,  Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil. 
 
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.  


İyunun  4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.  


Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
anews.az

10Mənbələr