AZ

Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib


Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.
 
Faktmedia report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.
 
O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: "Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik".
 
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: "Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".

Seçilən
137
27
faktmedia.az

10Mənbələr