AZ

Zaqatalada avtomobil aşdı: Altı nəfər xəsarət aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zaqatalada minik avtomobili aşıb.
APA-nın məlumatına görə, hadisə iyulun 3-dən 4-ə keçən gecə rayonun Yuxarı Çardaqlar kəndi ərazisində baş verib.
2006-cı il təvəllüdlü rayonun Yuxarı Çardaqlar kənd sakini Sərvər Elşən oğlu Əhmədovun idarə etdiyi "Nissan X-Trail" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü S.Əhmədov, avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri - 2006-cı il təvəllüdlü Bilal Elşən oğlu Ərtilov, 2006-cı il təvəllüdlü Elvin İzəddin oğlu Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Seyfəddin oğlu Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Xəlilov və 2006-cı il təvəllüdlü Murad Məmməd oğlu Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Yaralılardan M.Xəlilov və M.Yahyayev xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıblar. Digər dörd nəfərin xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
34
oxu.az

10Mənbələr