AZ

Salyanda ağır QƏZA: Bir ailənin dörd üzvü xəsarət aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Salyanda baş verən yol-nəqliyyat hadisəsində bir ailənin dörd üzvü xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Raziya Abasağa qızı Quliyeva, 1961-ci il təvəllüdlü Bəhram Pilağa oğlu Quliyev, 2011-ci il təvəllüdlü Kənan Seymur oğlu Cavadov və 2023-cü il təvəllüdlü Fidan İlkin qızı İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
124
50
oxu.az

10Mənbələr