AZ

Bakıda bu tarixdə yeni metrostansiya açılacaq

"B-04" metrostansiyası 2025-ci ilin sonunda hazır olacaq. Hazırda inşaatın tamamlanma mərhələsidir. Stansiyada üzlüyün vurulmasına hazırlıq işləri görülür.

Milli.Az xəbər verir ki, bu sözləri metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, texnoloji proseslərin ardıcıllığına görə, divarların təmizlənməsi, yuyulması, sahənin bu istiqamətdə işlər üçün hazırlıq vəziyyətinə gətirilməsi tədbirləri görülür:

"8 Noyabr"dan B-4 stansiyasına qədər olan məsafədə dəmir yolları çəkilib. Yolun digər üst quruluşu elementləri quraşdırılıb. Bu tədbirlər də hal-hazırda davam etdirilir. Bundan əlavə olaraq təbii ki, stansiyada infrastrukturun qurulması istiqamətində işlər başlamaq ərəfəsindədir. Eskalatorlar stansiya ərazisinə gətirilib. Ventilyayorlar da stansiya ərazisindədir".

Qeyd edək ki, B-4 stansiyası Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
14
milli.az

10Mənbələr