AZ

Bakıda bu tarixdə yeni metrostansiya açılacaq

"B-04" metrostansiyası 2025-ci ilin sonunda hazır olacaq. Hazırda inşaatın tamamlanma mərhələsidir. Stansiyada üzlüyün vurulmasına hazırlıq işləri görülür.

Publika.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, texnoloji proseslərin ardıcıllığına görə, divarların təmizlənməsi, yuyulması, sahənin bu istiqamətdə işlər üçün hazırlıq vəziyyətinə gətirilməsi tədbirləri görülür:

"8 Noyabr"dan B-4 stansiyasına qədər olan məsafədə dəmir yolları çəkilib. Yolun digər üst quruluşu elementləri quraşdırılıb. Bu tədbirlər də hal-hazırda davam etdirilir. Bundan əlavə olaraq təbii ki, stansiyada infrastrukturun qurulması istiqamətində işlər başlamaq ərəfəsindədir. Eskalatorlar stansiya ərazisinə gətirilib. Ventilyayorlar da stansiya ərazisindədir".

Seçilən
169
14
publika.az

10Mənbələr