AZ

ŞƏT-lə əməkdaşlıq Azərbaycana nə verir?

ŞƏT-lə

Mürtəza Bünyadlı: “Bu, Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi baxımından vacib platformadır”

Mübariz Göyüşlü: “Azərbaycan prezidentinin toplantıya fəxri qonaq qismində dəvət olunması münasibətlərimizin səviyyəsini göstərir”

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirak etmək üçün Astanaya səfər edib. Səfər çərçivəsində dövlət başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan prezidentləri ilə görüşləri nəzərdə tutulur.

Siyasi şərhçilər səfərin əhəmiyyəti brədə fikirlərini bölüşüblər.

Siyasi şərhçi Mürtəza Bünyadlı bildirib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yer alan Azərbaycan dünyanın çoxsaylı güclərinin geosiyasi maraqlarının toqquşduğu bir coğrafiyadır. Bu səbəbdən də dünya gücləri Cənubi Qafqaz uğrunda amansız geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək uğrunda mübrizə aparır: “Bu mübarizə müəyyən təhdidlər yaratdığı kimi, yeni imkanlar və fürsətlər də yaradır. Prezident İlham Əliyev qlobal çağırışlara və təhdilərə çevik reaksiya verməklə Azərbaycanı gözlənilən təhdidlərdən sığortalayıb, təhlükəsizliyini təmin etməklə yaradılan fürsətlərdən isə ölkəmizin inkişafı, güclənməsi və qüdrətlənməsi üçün faydalanır. Məhz prezident İlham Əliyevin yürütdüyü bu uzaqgörən və müdrik siyasətin nəticəsidir ki, bu gün Azərbaycan nəinki qarşısında duran Qarabağ kimi ən mürəkkəb problemi həll etdi, eyni zamanda dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilməklə bölgədə yeni geosiyasi reallıqlar yaratdı. Bu gün Avrasiya coğrafiyasında reallaşdırılan layihələrin əksəriyyətində Azərbaycan ən aktiv oyunçu rolunda çıxış edir. Bir-biri ilə savaşan güclər arasında düzgün və hədəflərə hesablanmış strateji siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq aləmdə ciddi aktora çevrilməkdə davam etməklə dünyanın yüksək nüfuza malik ölkələrindən birinə çevrilir. Bu da nəticə etibarlı ilə dünya ölkələrinin Azərbaycanın mövqeyi ilə hesablaşmasına gətirib çıxarır. Ona görə də Azərbaycan dünyanın ən müxtəlif beynəlxalq və regional təşkilatları ilə sıx əməkdaşlıq etməkdədir. Həmin təşkilatlar və ölkələr də qarşılıqlı olaraq Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər. Şanxay Əməkdaşlıq Təşkilatı bunlardan biridir”.

O, əlavə edib ki, Asiyada böyük nüfuza malik iqtisadi bir təşkilat olan ŞƏT-lə əməkdaşlıq Azərbaycanın maraqlarına tamamilə cavab verir: “Şimal-Cənub, Qərb-Şərq qovşağında yerləşən Azərbaycan ŞƏT-in yaratdığı fürsətlərdən faydalanmaqla daha iqtisadi cəhətdən gücü dövlətə çevrilməklə yanaşı suverenliyinə olan təhlükəsizliyi daha etibarlı şəkildə təmin edəcək. O baxımdan da Azərbaycan ŞƏT-ın işində aktiv iştirak edir. Aktiv əməkdaşlığın nəticəsi olaraq 2015-ci ildən etibarən təşkilatda Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib”.

Ekspert hesab edir ki, ŞƏT-in iyulun 3-4-də Astanada keçirilən Zirvə toplantısına dəvət olunması bir tərəfdən cənab Prezidentə göstərilən yüksək etimaddırsa, digər tərfədən quruma üzv ölkələrlə Azərbaycan arasında siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji və s. istiqamətlərdə əməkdaşlığın inkişafına təkan verəcək amildir: “ŞƏT-la sıx əməkdaşlıq Azərbaycan üçün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, xüsusən də bu gün Bakı üçün prioritet əhəmiyyət kəsb edən Orta Dəhlizin imkanlaırnın artırılması və onun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun məhsuldarlığı baxımdan önəmli rol oynayır.

Bu eyni zamanda İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar, o cümlədən bölgədə dayanıqlı sülhün, sabitliyin, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılması, qarşıda duran Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. ŞƏT-lə əməkdaşlıq həm də regional təhlükəsizliyin, sivilizasiyalararası dialoqun təşviqi cəhətdən də xüsusi rol oynayır. Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə də yüksək səviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirən amillərdəndir ki, ölkə başçısı da bu imkanlardan maksimum faydalanmağa çalışır.

ŞƏT həm də Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır.

Azərbaycan Prezidenti ŞƏT sammiti çərçivəsində Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan kimi dövlət başçıları ilə görüşləri keçiriləcək. Həmçinin sammitdə çıxış edəcək. Bütün bu görüşlər və ediləcək çıxışlar ikitərəfli, çoxtərəfli əməkdaşlıq münasibətləri, ölkəmizin ən mühüm məsələlər, prioritetlərlə bağlı mövqeyi qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasında, nəticə etibarı ilə beynəlxalq münasibətlər sistemində daha nüfuzlu ölkəyə çevrilməsinə öz töhfəsini verəcək”.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə hesab edir ki, Azərbaycan aktiv xarici siyasət yürüdür, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıqlar gerçəkləşdirir: “Bu sırada aparıcı regional təşkilat olan, get-gedə təsir imkanlarını genişləndirən Şanxay Əməkdaşlıq Təşkilatı da öncül yeri tutur. Azərbaycan ŞƏT-də tərəfdaşlıq statusu daşıyır ki, bu da əlaqələrin inkişaf dinamikasından xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyevin ŞƏT-in toplantısına fəxri qonaq qismində dəvət olunması da əlaqələrin inkişafına təkan verir və münasibətlərimizin səviyyəsini göstərir. İstər ŞƏT-lə, istərsə də ŞƏT-ə üzv olan dövlətlərlə Azərbaycanın münasibətləri önəmli bir mərhələyə daxil olub.

İkitərəfli və çoxtərəfli siyasi, iqtisadi, nəqliyyat, enerji, kommunikasiya əlaqələrinin qurulması və inkişafı Azərbaycan üçün faydalı nəticələr doğurmaqdadır.

Diqqəti cəlb edən məqam Azərbaycanın son illərdə artan nüfuzunun, tranzit imkanlarının genişlənməsi və ŞƏT ilə bu istiqamətdə əməkdaşlıq platformasının qurulmasıdır. Təhlükəsizlik, iqtisadi məsələlərdə də görülə biləcək işlər, əldə oluna biləcək faydalı məqamlar mövcuddur.

Bütün bunları ümumiləşdirib deyə bilərik ki, Astana zirvə görüşü, Azərbaycanın orada təmsil olunması əlaqələrin inkişafına təkan verən mühüm bir amil olacaq”.

Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
17
xalqcebhesi.az

10Mənbələr