AZ

İqtisadiyyatAzərbaycanda 900 min manata gəmi satılır

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycanda dövlətə məxsus "Vixr" tipli gəmi hərraca çıxarılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb .

Məlumata görə, iyulun 23-də və 30-da Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.

Səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Onların 30-44 %-lik səhm paketi özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan "B-98" layihəli gəmi alıcılara təklif olunur. Gəmi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsusdur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

BAKU.WS

Seçilən
92
30
far.az

10Mənbələr