AZ

Azərbaycanda dövlətə məxsus gəmi hərraca çıxarılacaq

Azərbaycanda dövlətə məxsus “Vixr” tipli gəmi hərraca çıxarılacaq.

Vətəninfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iyulun 23-də və 30-da Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar keçiriləcək.

Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.

Səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Onların 30-44 %-lik səhm paketi özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat

vasitələrinin isə markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan “B-98” layihəli gəmi alıcılara

təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca

çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət

əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

Seçilən
66
30
veteninfo.az

10Mənbələr