AZ

BMT Qəzzadakı humanitar böhranı qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatı Qəzzada yaşanan humanitar böhranla bağlı açıqlama verdi.
BMT-nin Yenidənqurma və Humanitar Məsələlər üzrə Baş Koordinatoru Siqrid Kaq BMT Təhlükəsizlik Şurasının üzvlərini Qəzzada həyata keçirilən humanitar əməliyyatlar haqqında məlumatlandırıb.
İsrailin hücumlarından sonra Qəzzadakı mülki əhalinin uçuruma sürükləndiyini ifadə edən Siqrid Kaq deyib:"Qəzzada təkcə humanitar böhran deyil, həm də səfalət yaşanır''.
BMT-nin koordinatoru Siqrid Kaq ictimai səhiyyə və təhsil sisteminin məhv edildiyini, istilər səbəbindən yoluxucu xəstəliklərin artdığını bildirib.
İsrailin Rəfaha hücumlarından sonra 1 milyondan çox insanın yenidən yurd-yuvalarından didərgin düşdüyünə diqqət çəkən Siqrid Kaq Qəzzada ümumilikdə 1,9 milyon insanın yurd-yuvalarından didərgin düşdüyünü qeyd edib.
 "Qəzzada təhlükəsiz yer yoxdur" deyən Siqrid Kaq İsrailin Xan Yunislə bağlı yeni xəbərdarlığına görə narahatlığını ifadə edib.
İsrailin Rəfaha hücum etməsindən və Rəfah sərhəd-buraxılış məntəqəsini bağlanmasından sonra Qəzzaya daxil olan və paylanan yardımlarda ciddi azalma müşahidə olunduğunu vurğulayan Siqrid Kaq BMT-nin humanitar yardımların təhlükəsiz şəkildə paylanmasının təmin edilməsi üçün İsraildən həll yolu tapmasını istədiyini bildirib.

BMT-nin sözçüsü Stefan Dujarrik də keçirdiyi mətbuat konfransında bildirib ki, İsrailin Xan Yunisin şərqindəki bölgənin boşaldılması ilə bağlı çağırışı narahatlıq doğurur.

Bu ərazinin Qəzza zolağının üçdə birinə bərabər olduğunu qeyd edən Stefan Dujarrik belə bir evakuasiyanın mülki əhalinin ağrı-acılarını və humanitar yardıma ehtiyacı daha da artıracağı ilə bağlı xəbərdarlıq edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
trt.net.tr

10Mənbələr