AZ

BMT Fələstində ''Ölməmək"üçün vaxt itirməməlidir

Hurriyyet.az xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada əhalinin yarısının, yəni 1 milyondan çox insanın iyulun ortalarında ölüm və aclıqla üzləşəcəyi proqnozlaşdırıldığını bildirən bəyanat yayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths G7 ölkələrinə çağırış üçün yazılı açıqlama verib.G7 ölkələrinin nümayəndələrinin sabah İtaliyada görüşəcəyini xatırladan Qriffits Sudan, Qəzza və digər yerlərdə münaqişələrin nəzarətdən çıxdığını bildirib.

Müharibənin milyonlarla insanı aclıq həddinə çatdırdığını bildirən Griffiths, insanların aclıqdan ölməyə başladığının vurğuladı.

“21-ci əsrdə aclıq qarşısı alına bilən bir fəlakətdir”. Qriffits G7 ölkələrini aclığın qarşısını almaq üçün öz təsirlərindən istifadə etməyə çağırıb.

Qriffits aclığın rəsmən elan edilməsini gözləmək yüz minlərlə insanın ölümünə səbəb olacağını və bunun əxlaqi baxımdan qəbuledilməz olduğunu bildirib.“Dünya öz döyüş maşınlarını qidalandırmağı dayandırmalıdır”

“İyulun ortalarında Qəzzada əhalinin yarısının, yəni 1 milyondan çox insanın ölüm və aclıqla üzləşəcəyi proqnozlaşdırılır”. Qriffits Sudanda 5 milyon insanın aclıq astanasında olduğunu bildirib.

Həm Qəzzada, həm də Sudanda humanitar yardım işçilərinin bloklandığına diqqət çəkən Griffiths, "Bunun dəyişdirilməsi lazımdır. Boşa keçirəcək bir dəqiqəmiz də yoxdur" deyib.

BMT-nin həyatını xilas etmək üçün əlindən gələni etməyə davam edəcəyini ifadə edən Griffiths, humanitar yardımın tək həll yolu olmadığına da diqqət çəkib.

Griffiths, G7 ölkələrinin siyasi nüfuzlarından və maliyyə imkanlarından istifadə edərək humanitar yardım təşkilatlarının ehtiyacı olan insanlara çatmasını asanlaşdırmalı olduqlarını ifadə edərək, "Dünya Qəzza və Sudanda mülki insanları aclıqdan öldürən döyüş maşınlarını qidalandırmaqdan əl çəkməlidir. İndi bunun zamanıdır. İnsanlara gələcəklərini verəcək diplomatiyaya üstünlük verin deyə qeyd edib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
12
hurriyyet.az

10Mənbələr