Amerika kubokunda qrup mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, ABŞ-da keçirilən turnirin D qrupunda iki matç baş tutub.

Braziliya Kolumbiya ilə qollu heç-heçə edib. Bu nəticə hər iki komandanı 1/4 finala daşıyıb. Kosta-Rika isə Paraqvay üzərində qələbə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyulun 4-dən 5-nə keçən gecə start veriləcək.

Amerika kuboku
Qrup mərhələsi, III tur
D qrupu, 3 iyul
Braziliya – Kolumbiya – 1:1

Rafinya, 12 – Daniel Munyos, 45+2

Kosta-Rika – Paraqvay – 2:1
Fransisko Kalvo, 3, Jozimar Alkoser, 7 – Ramon Sosa, 55