AZ

Kolumbiya və Braziliya 1/4 finala yüksəldi

ABŞ-ın ev sahibliyi etdiyi Amerika kubokunda qrup mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, D qrupunda iki matç baş tutub.
 
Braziliya Kolumbiya ilə qollu heç-heçə edib. Bu nəticə hər iki komandanı 1/4 finala daşıyıb. Kosta-Rika isə Paraqvay üzərində qələbə qazanıb.
 
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyulun 4-dən 5-nə keçən gecə start veriləcək.
 
Amerika kubokuQrup mərhələsi, III turD qrupu, 3 iyulBraziliya – Kolumbiya – 1:1Rafinya, 12 – Daniel Munyos, 45+2
Kosta-Rika – Paraqvay – 2:1Fransisko Kalvo, 3, Jozimar Alkoser, 7 – Ramon Sosa, 55

Seçilən
67
2
sport24.az

3Mənbələr