AZ

AVRO-2024-ün 1/8 final mərhələsinin ən yaxşı qolu üçün namizədlər AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin ən yaxşı qolu üçün səsvermə başlandığını elan edib.
Məlumata görə, ingilis Cud Bellinqem (İngiltərə - Slovakiya, 2:1), ispanlar Niko Uilyams və Fabian Ruiz (İspaniya - Gürcüstan, 4:1), eləcə də isveçrəli Ruben Varqasın (İsveçrə - İtaliya, 2:0) vurduğu qol turun ən yaxşısı olmağa namizəddir.
2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin oyunlarının nəticələrinə əsasən, İspaniya, Almaniya, Portuqaliya, Fransa, Hollandiya, Türkiyə, İngiltərə və İsveçrə komandaları turnirdə qələbə uğrunda mübarizəni davam etdirir.
Gürcüstan, Danimarka, Sloveniya, Belçika, Rumıniya, Avstriya, Slovakiya və İtaliya seçmələri 1/8 final mərhələsində qitə birinciliyində çıxışlarını başa vurublar.
Mənbə: UEFA.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
oxu.az

10Mənbələr